“Kurtlar Vadisi” ulduzu heyətə qoşuldu -   “Yeraltı”da gözlənilməz dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

“Kurtlar Vadisi” ulduzu heyətə qoşuldu - “Yeraltı”da gözlənilməz dəyişiklik

Şou

17 Sentyabr 2026 07:47 88


Türkiyəli aktyor Bora Sivri “Yeraltı” serialının ikinci mövsümündə tamaşaçı qarşısına çıxacaq.

“Yeni Sabah” xəbər verir ki, aktyorun layihədə hansı rolu canlandıracağı ilə bağlı yeni detallar ortaya çıxıb. Bora Sivri serialda İsmail Hacıoğlunun canlandırdığı Rüzgar obrazının sağ əli olacaq.

Aktyorun canlandıracağı obrazın adı isə hələ açıqlanmayıb. Sezar pizza

Bora Sivrinin seriala qoşulması ilə yanaşı, “Yeraltı”nın ikinci mövsümündə daha bir yeni aktyorun iştirakı da məlum olub. “Şakir Paşa Ailəsi” serialı ilə tanınan Jak Cem Avnayim layihədə Bora adlı obrazı canlandıracaq. Bu obraz Şükran Ovalının oynadığı Deryanın həyat yoldaşı olacaq.

İkinci mövsümdə İsmail Hacıoğlu da əsas yeni simalardan biri olacaq. Aktyor Rüzgar obrazına həyat verəcək. Rüzgarın Deryanın qaynı olduğu və onun vasitəsilə serialın əsas hadisələri ilə əlaqələnəcəyi bildirilir.

Medyapım imzası ilə ekranlaşdırılan serialın ilk mövsümü mayın 20-də başa çatıb. Yeni mövsümdə hekayənin yeni obrazlarla davam etdiriləcəyi gözlənilir.

“Yeraltı”nın ikinci mövsümünün 7 oktyabr 2026-cı ildə yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Bora Sivri daha əvvəl “Kurtlar Vadisi” də daxil olmaqla müxtəlif televiziya layihələrində rol alıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!