Laçına daha 65 sakin köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Laçına daha 65 sakin köçürüldü

Sosial

16 Avqust 2023 08:28 705


Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Yenisabah.az xəbər verir ki, avqustun 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 65 nəfər köçürülüb. Dördpendirli pizza

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!