25 Sentyabr - 05:36
Lənkəranda 16 yaşlı qız itkin düşdü

Lənkəranda 16 yaşlı qız itkin düşdü

Hadisə

24 Sentyabr 2022 00:20 436


Lənkəranda 16 yaşlı qız itkin düşüb.

Yenisabah.az xəbər verir ki, itkin düşən şəxs rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü kənd sakini Şahnaz Elşad qızı Hüseynovadır.

Yoldaşlarının dediyinə görə, o bu gün saat 12:30-da məktəbdən çıxıb. Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!