Lənkəranda 1992-ci il təvəllüdlü qadın ərini bıçaqlayıb.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, buna səbəb kişinin onun yeni doğulan körpəsinin ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Ərinin sağ ayağına bir bıçaq zərbəsi endirən qadın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəai ilə cinayət işi açılıb. Pepperoni pizza
Hadisədən sonra Aytən adlı qadın evdən gedib, əri Şadil isə polisə məlumat verib.
Məhkəmədə keçirilən prosesdə zərərçəkən ər arvadından şikayətçi olmayıb. Lənkəran Şəhər Məhkəməsi bu cinayət əməlinə görə qadının azadlığını 6 ay müddətinə məhdudlaşdırıb.
Bu, Aytənin Şadili ikinci dəfə bıçaqlamasıdır. Bundan öncəki hadisədə də ər arvadından şikayətçi olmadığı üçün həmin işin icraatına xitam verilib.
Telegram kanalımız