Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sosial

17 İyun 2024 15:10 372


İyunun 18-i gündüzdən 20-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!