Londonda kritik durum: Reyslər təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Londonda kritik durum: Reyslər təxirə salındı

Dünya

12 Dekabr 2022 07:23 708


Bazar günü dumanlı və qarlı hava London aeroportlarının işində, İngiltərənin avtomobil və dəmir yollarında hərəkətə təsir edib.

Bazar günü Londonun üç aeroportunda onlarca aviareys təxirə salınıb. “Heathrow” aeroportunda 50-dək reys təxirə salınıb. Həmçinin “Gatwick” (təqribən 30 reys təxirə salınıb) və “Stansted” aeroportları fəaliyyətini müvəqqəti dayandırıb. Londonun cənubunda yerləşən “Gatwick” aeroportuna pis hava şəraiti ilə əlaqədar yaranan gecikmələr səbəbindən qatarla getmək çətin olub.

Kral Avtomobil Klubunun məlumatına görə, havanın yaxşı olduğu günlərlə müqayisədə yolda yardım çağırışları 65 faizədək artıb. Marqarita pizza

Proqnoza görə, qar bütün gecəni yağacaq və dekabrın 12-də səhər dayanacaq.

Birləşmiş Krallığın Meteoroloji xidməti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!