Londonda sərnişin təyyarəsində meyit tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Dünya

19 İyun 2026 23:41 199


Böyük Britaniyanın paytaxtı Londonda hava limanı əməkdaşları "Air Arabia" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin şassi dayağında meyit aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, həyat əlamətləri olmayan kişi iyunun 16-da Mərakeşdən gələn təyyarənin Londonun Qetvik hava limanına enməsindən sonra tapılıb.

Hava limanının nümayəndəsi məlumatı təsdiqləyib və bildirib ki, əməkdaşlar araşdırmanın aparılması üçün polisə dəstək göstərirlər. Toyuqlu pizza

İlkin məlumata görə, şəxs Böyük Britaniyaya çatmaq məqsədilə təyyarəyə biletsiz daxil olub və yük bölməsində gizlənməyə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!