Şeytanla müqayisə qalmaqal doğurdu

saytların hazırlanması

Evə çatdırılma

Şeytanla müqayisə qalmaqal doğurdu

Dünya

08 Noyabr 2026 13:45 50


ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin ABŞ-İsrail müharibəsinin əleyhdarlarının "Şeytanın təsiri altında" olması barədə bəyanatı kəskin reaksiya doğurub.

"Yeni Sabah" xəbər verir ki, diplomatın vəzifədən uzaqlaşdırılması tələbi səslənib.

Hakabi israilli aparıcı Amir Sarfatinin "The Anchor" podkastında deyib şeytan İranla müharibəni tənqid edənlərin "zehnini kor edib" və "onların düşüncəsini ələ keçirib". O, hərbi əməliyyat əleyhdarlarının "mənəvi qaranlıq" və "mənəvi korluq" vəziyyətində olduğunu iddia edib. Pepperoni pizza

Müsahibənin bu hissəsi sosial mediada geniş paylaşılıb və ABŞ-də keçirilən son aralıq seçkilər fonunda əks-səda doğurub. Nəticələr Donald Tramp administrasiyasının siyasətinin, o cümlədən İrana qarşı hərbi kampaniyasının qiymətləndirilməsi kimi geniş şəkildə şərh edilib.

Mühafizəkar nəşr olan "The American Conservative"in baş redaktoru Endryu Dey diplomatın sözlərinə istehza ilə münasibət bildirib: "Səfirin bu cür şeylər deməsi bir az gülməli səslənir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!