“Sepah” “Dəmir qapı” barədə nə düşünür?

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” “Dəmir qapı” barədə nə düşünür?

Dünya

08 Noyabr 2026 14:04 54


İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin “Dəmir qapı” (Iron Gate) adlı planının İran iqtisadiyyatını çökdürə bilməyəcəyini bəyan edib.

"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, bu barədə "Sepah"ın rəsmi nümayəndəsi Hüseyn Mohibbi danışıb.

Onun sözlərinə görə, ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) yeni əməliyyat qrupu Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq məqsədlərinə nail olmasına imkan verməyəcək: Dördpendirli pizza

“Dəmir qapılar” planı sadəcə söz oyunudur. Amerikalılar bu yolla İran iqtisadiyyatını çökdürmək məqsədinə nail ola bilməyəcəklər”.

Mohibbi əlavə edib ki, ABŞ daha əvvəl İran iqtisadiyyatının iki həftə ərzində çökəcəyini iddia etsə də, bu baş verməyib.

Xatırlatma: noyabrın 7-də CENTCOM İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiya tətbiq edilən materialların daşınmasının qarşısını almaq üçün “Dəmir qapı” adlı əməliyyat qrupu yaratdığını açıqlayıb.

Floridada yerləşəcək qrupun vəzifələrindən biri də qanunsuz gəlir kanallarının bağlanması olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!