Lukaşenko Belarusda tutulan casusdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Belarusda tutulan casusdan danışdı

Dünya

07 Mart 2023 16:51 585


“Amerikalıların istəyi ilə Ukrayna Belarusu müharibəyə cəlb etmək istəyir, lakin Minsk münaqişəyə girməyəcək”.

Yenisabah.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib: “Bilirdim ki, ukraynalılar amerikalıların əmri ilə bizi müharibəyə cəlb etmək istəyirlər. Bu gün Avropada və Qərbdə bu çağırışı etməklə sabah bizi müharibəyə cəlb edəcəklərini düşünürlərsə, onlar çox yanılırlar”. Dominos pizza

Lukaşenko ölkəni tərk edənlərə də xəbərdarlıq edib:

“Hazır olun, çünki Belarus hakimiyyəti nə etmək lazım olduğunu bilir. Bir daha vurğulamaq istəyirəm, xüsusən də yerli fırıldaqçılar və mühacirlərə. Onların hamısının kimliyi üzə çıxıb və biz onları orada – xaricdə tapacağıq. Qaçaqlar üçün təkrar edirəm: hazırlaşın, artıq yanınıza gəlmişik. Səfsəfə danışmayın və haqqımızda yazılar yazmayın. Çünki əsəblərimiz güclüdür və nə etmək lazım olduğunu yaxşı bilirik”.

Bundan başqa, Lukaşenko bu gün səhər saatlarında Minsk yaxınlığındakı hava limanında Rusiyanın DRLO A-50 təyyarəsinə qarşı təxribat cəhdi ilə əlaqəli Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı və onun əlaltılarının həbs olunduğunu elan edib.

O bildirib ki, təxribat cəhdinin iştirakçısı Krımda yaşayan və Ukrayna pasportu olan “Kiyev rejimi” tərəfindən işə götürülən rus əsilli şəxsdir.

Prezidentin sözlərinə görə, diversantlar Ukrayna Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri tərəfindən ən yüksək təlimlərdən keçirilərək hazırlanıb.

Lukaşenko təxribat hazırlığı zamanı dronlardan istifadə edildiyini açıqlayıb. Belarus prezidenti bəyan edib ki, təxribat nəticəsində A-50 təyyarəsi ciddi zədələnməyib, lakin Minsk Rusiya Federasiyasından onun dəyişdirilməsini istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!