Lukaşenko İrəvana haqq qazandırdı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko İrəvana haqq qazandırdı

Dünya

20 İyun 2023 13:10 1274


İyunun 20-də Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşünü keçirib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, o, təşkilatın çox çətin dövrlə qarşılaşdığını qeyd edib.

KTMT-nin fəaliyyətini qiymətləndirən Aleksandr Lukaşenko bildirib ki, təşkilat bəzən konkret problemləri həll etmədiyinə görə haqlı olaraq tənqid olunur: Dominos pizza

“Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan haqlı iddialar irəli sürür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini qınayacaq. Biz KTMT ölkələrinin problemlərinə baş vurmalıyıq”

Lukaşenko əlavə edib: “Problemlər var, vəzifələr var, nə qədər çətin olsa da, onlar həll edilməlidir. Biz isə bəzən onların mürəkkəbliyinə görə həll etmək istəmirik”.

O vurğulayıb ki, əgər Qərbdən olan “dost-məsləhətçilərimiz” bu problemlərin həllinə qarışsa, onda nəsə etmək daha çətin olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!