Lukaşenko xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko xəsarət aldı

Dünya

20 Yanvar 2024 20:31 659


Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.

"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib. pizza

O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.

Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!