“Lukaşenkonun “xidməti” əvəzsiz qalmayacaq” - Belarus başçısı Putindən nə alacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Lukaşenkonun “xidməti” əvəzsiz qalmayacaq” - Belarus başçısı Putindən nə alacaq?

Dünya

25 İyun 2023 15:15 654


“Moskvaya hərbi hücumun qarşısının Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən alınması Putin üçün alçaldıcı haldır”. 

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) ötən gün Rusiyada baş verən hərbi qiyamla bağlı hesabatında belə deyilir.

Amerikalı mütəxəssislər hesab edirlər ki, Lukaşenko bu “xidmətinə” görə mükafatsız qalmayacaq. Hesabatda deyilir ki, Priqojinlə əlaqələri və ona təsir imkanlarından istifadə edən Lukaşenko bunun qarşılığında Putinin indiyə qədər onu sıxışdırdığı İttifaq dövlətinin rəsmiləşdirilməsi və faktiki olaraq, Belarusun öz müstəqilliyini itirməsi ssenarisini uzatmağa nail ola bilər. Dördpendirli pizza

Eyni zamanda, mütəxəssislərin fikrincə, bundan sonra Lukaşenko Putinin Belarus ordusunu Ukrayna müharibəsinə cəlb etmək cəhdlərinin və təzyiqlərinin qarşısında daha dayanaqlı ola biləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!