Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏR: Yanvarın 1-dən...

saytların hazırlanması

Evə çatdırılma

Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏR: Yanvarın 1-dən...

Sosial

26 Dekabr 2021 10:07 1728


Prezident İlham Əliyevin Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

“Yeni Sabah” "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd olunan əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun dəyişiklik edilməsi mütləqdir.

İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz. 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə işçilərin əməkhaqqılarının artırılması ilə bağlı da işəgötürənlər müvafiq tədbirlər görməlidir. pizza sifarişi

İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!