2020-ci il dekabrın 14-də saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək bir sıra şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.
Yenisabah.az-a məsələ ilə bağlı danışan aktyor Elməddin Cəfərov karantin qaydalarının yenidən sərtləşməsinin zəruri olduğunu bildirib:
"Karantinin sərtləşməsi ilə müəyyən mənada razıyam. Çünki artıq kimi dindirsən ya özü, ya da qohumunun virusa yoluxduğunu deyir. Amma sərtləşməyə getdikcə maddi vəziyyət çox pis olacaq. Biz martın 22-dən bəri işləmirik, çəkilişlər o vaxtdan dayanıb". Dördpendirli pizza
Aktyor 1 ilə yaxındır işsiz olduğunu deyib:
"Avqustun axırı yumşalmalar başladı, bir az işlədik, sentyabrın 22-i ilk efirimiz oldu. 27-i ikinci efirimiz olacaqdı, olmadı. Cəmi 1 həftə işlədik. Sonra yenə dayandıq. Vəziyyət çətindir, durumu da anlayıram, amma 1 il işləməmək çətindir, tək madiyyat baxımından yox, həm də psixoloji təsir edir. Stressdən xeyli kökəlmişəm. Bu il pandemiya həqiqətən başımıza bəla oldu, bütün yer kürəsini iflic etdi. Heç olmasa 2020-ni zəfərlə başa vurduq, yoxsa bu il ən nifrət etdiyim il olacaqdı. İnşallah, xeyirlisi olsun".
Telegram kanalımız