Magistralda maşın aşdı, xanım sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Magistralda maşın aşdı, xanım sürücü xəsarət aldı

Hadisə

29 İyun 2024 21:01 688


Cəlilabad rayonunda yol qəzası olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 95-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində baş  verib.

Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarına  aşırıb. pizza sifarişi

Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Yusifova Aygün İlham qızı boyun və ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə gələn Təcili Yardım briqadası tərəfindən yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!