Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ

Sosial

05 İyul 2021 12:15 589


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, 5 iyul saat 10:50-yə olan məlumata əsasən, 12781 bakalavr (Azərbaycan bölməsi üzrə 11684, rus bölməsi üzrə 1097) öz ərizəsini təsdiq edib.

1150 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib. Pepperoni pizza

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 5 iyul saat 23.59-dək  "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!