Mahmudov qızının “qətli” haqda xəbər yayanı məhkəməyə verəcək? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mahmudov qızının “qətli” haqda xəbər yayanı məhkəməyə verəcək? - Açıqlama

Sosial

30 May 2024 19:59 981


“Qızımın guya əri tərəfindən qətlə yetirilməsi ilə bağlı xəbər yayan gənclə əlaqə saxlamamışam”.

Bu sözləri Globalinfo.az-a tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov qızının qətl xəbəri ilə bağlı danışarkən deyib.

O bu xəbərə görə məhkəməyə müraciət etmədiyini bildirib: Toyuqlu pizza

“Həmin gənclə bu məsələyə görə danışmamışam. Məhkəməyə də müraciət etmirəm. Çünki mənim kiməsə ödəyəcək pulum yoxdur. Kimsə istəsə, mənim adımdan müraciət edə bilər. Lakin mən bunu etməyəcəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə R.Mahmudovun qızının əri tərəfindən öldürüldüyü xəbəri yayılıb. Lakin ictimai xadim bu xəbəri təkzib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!