“Fransada 18-25 yaşlı gənclər üçün prezervativ (qoruyucu) pulsuz olacaq”.
Yenisabah.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron belə bir qalmaqallı açıqlama verib.
“Prezervativlər 2023-cü ildə apteklərdə 18-25 yaşlı bütün gənclər üçün pulsuz olacaq. Biz kiçik inqilabımızı profilaktik səviyyədə başlayırıq”, – deyə o, “Twitter”də yazıb. Sezar pizza
Fransa rəhbəri, həmçinin, qeyd edib ki, o, ölkədə HİV istisna olmaqla, cinsi yolla keçən xəstəliklər və digər infeksiyalar üçün reseptsiz pulsuz müayinə təşkil etməyi planlaşdırır.
Telegram kanalımız