Maliyyə Nazirliyi 2025–2027-ci illər üzrə dövlət borcu proqnozlarını açıqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyi 2025–2027-ci illər üzrə dövlət borcu proqnozlarını açıqlayıb

İqtisadiyyat

22 Sentyabr 2026 13:47 112


Təqdim olunan proqnozlara əsasən, ilin sonuna ümumi dövlət borcunun həcmində davamlı artım müşahidə olunacaq.

“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin yekununda 25 milyard 987,5 milyon manat təşkil edən dövlət borcunun 2026-cı ildə 26 milyard 953,2 milyon manata, 2027-ci ildə isə artaraq 28 milyard 590,9 milyon manata çatacağı gözlənilir.

Dövlət borclanması dinamikasında da ciddi dəyişiklik nəzərdə tutulur. 2025-ci ildə il ərzində xalis birbaşa dövlət borclanması mənfi 1 milyard 392,7 milyon manat olubsa (yəni qaytarılan borcun həcmi cəlb ediləndən çox olub), növbəti illərdə bu göstərici müsbət zonaya keçəcək. 2026-cı ildə xalis borclanmanın 965,7 milyon manat, 2027-ci ildə isə 1 milyard 637,7 milyon manat olacağı proqnozlaşdırılır. Marqarita pizza

Dövlət borcu üzrə xidmət xərclərinə gəlincə, bu göstərici 2025-ci ildəki 2 milyard 99,5 milyon manat səviyyəsindən artaraq 2026-cı ildə pik həddə — 2 milyard 457,6 milyon manata yüksələcək. 2027-ci ildə isə xidmət xərclərinin bir qədər azalaraq 2 milyard 200,0 milyon manat təşkil edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!