Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək?

İqtisadiyyat

02 May 2026 00:42 83


Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsində əksini tapıb.

Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsinə zərurət nədən irəli gəlir? Bunun idxal və ixrac qiymətlərinə təsiri mümkündürmü?

"Yeni Sabah" xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov bildirib ki, əsas səbəblərdən biri valyuta risklərinin azaldılmasıdır:

"Hazırda idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə aparılır və gömrük dəyəri də əsasən dollarla bəyan edilir. Lakin məzənnə dəyişdikdə eyni malın gömrük dəyəri müxtəlif zamanlarda, hətta qısa intervallarda belə fərqli olur. Manatla birbaşa müəyyən edildikdə bu qeyri-müəyyənlik azalır və daha sistemli yanaşma formalaşır".

Ekspertin sözlərinə görə, digər mühüm faktor dövlət büdcəsi ilə bağlıdır: "Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur".

Prosesin qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmür.

Qeyd edək ki, sözügedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclis plenar iclasında birinci oxunuşda baxılması üçün tövsiyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!