Mart ayında 14 gün iş olmayacaq - TARİXLƏR

saytların hazırlanması

Evə çatdırılma

Mart ayında 14 gün iş olmayacaq - TARİXLƏR

Sosial

21 Fevral 2023 09:36 9770


Qarşıdan gələn Novruz bayramında 5 gün qeyri-iş günü olacaq.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir. Dominos pizza

Qeyd edək ki, 4-5, 11-12, 18-19, 25-26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi, eləcə də 8 Mart Beynəlxalq Qadınlar günü də rəsmi iş günü hesab olunmadığı üçün qeyri-iş günləri hesab edilir. 

Bununla da, mart ayında qeyri-iş günlərinin ümumi sayı 14 gün olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!