Maşın ala bilməyən deputata iqtisadçıdan təklif - “500 manat ödəsin...”

saytların hazırlanması

Evə çatdırılma

Maşın ala bilməyən deputata iqtisadçıdan təklif - “500 manat ödəsin...”

Siyasət

16 May 2025 19:49 3089


Milli Məclisin deputatı Səyyad Aran Modern.az-a açıqlamasında yüksək maaşına rəğmən, avtomobil ala bilmədiyini deyib. Onun bu sözləri ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Sitat: “Deyirsiniz ki, deputatsan. Tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim…Gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?”

Maşın almaq üçün nə qədər vəsait tələb olunur? pizza

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, 5 min manat kifayət qədər yaxşı maaşdır və deputat bununla özünə avtomobil ala bilər:

“Burada başqa bir sual yaranır. Ölkədə minimum əməkhaqqı 400 manatdır. Rəsmi qaydada işləyənlərin yarısı 525 manat maaş alır. Onlar nə etsinlər?  Belə çıxır ki, həmin vətəndaşların, nəinki, kreditlə avtomobil almağa, heç dərmana belə pulları çatmır. Millət vəkilləri bu haqda da düşünməlidirlər. Azərbaycan reallığında 5 min manat kifayət qədər yüksək məbləğdir. Xərcləri normal planlaşdırdıqda, kreditlə avtomobil əldə etmək mümkündür”.

İqtisadçı bildirib ki, hazırda bu sahədə fərqli təkliflər var:

“Aylıq ödənişi 400 manat olan avtomobil də var və ya daha yüksək rəqəmlərdən də danışmaq olar. Bu, markadan asılı olaraq dəyişir. Məsələn, elə Çin istehsalı olan maşını hər ay 500 manat ödəməklə almaq mümkündür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Telman
    500 manat da çoxdur, nə edirsiz ki, ay duptat? Hamınızın obyektləri var. Niyə ağlayırsınız!? Lap ürəyim ağrıdı sizin halınıza!
    12 months ago
  • Şərif
    Yazzıq deputatlar, gecə gündüz işləyirlər, hərçəndi nə iş gördüklərinin nəticəsi bilinmir, 5-cə min manat da maaş alırlar, yazıqlar, heç pul deyil ki 5 min! Necə dolansınlar? Xalqın aşağı təbəqəsi isə sürünənlər sinfinə aiddirlər, 400-500 manatla ailə də dolandıracaqlar, canları çıxacaq!
    12 months ago
  • RAHİM
    BU QƏDƏR HAQSIZLIQ OLAR? BU TƏYİN EDİLƏN DEPUTAT XALQIN XEYRİNƏ HANSI FAYDALI İŞ GÖRÜRKİ ONA 5 ( BEŞ) MİN MÜFTƏ MAAŞ VERİRLƏR? İŞİ - GÜCÜ " HƏ" DÜYMƏSİNİ BASMAQDIR. BƏS ÖMRÜNÜ TƏHSİLƏ SƏRF EDƏN MÜƏLLİM 500 MANATLA NECƏ YAŞASIN?
    12 months ago