Maşının altında Azərbaycana gələn şəxs HƏBS EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Maşının altında Azərbaycana gələn şəxs HƏBS EDİLDİ

Hadisə

23 May 2025 15:51 1542


Azərbaycana qanunsuz yolla qayıdan vətəndaş həbs edilib.

Modern.az-ın məlumatına görə, təqsirləndirilən şəxs 2023-cü ildə rəsmi qaydada Azərbaycanı tərk edərək Türkiyəyə gedib.

O, sənədləri itirdiyinə görə orada 7 ay həbs cəzası alıb. Cəza müddətini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıtmaq istəsə də, pasportu və digər rəsmi sənədləri olmadığı üçün bu mümkün olmayıb. Dominos pizza

Qars şəhərindəki Azərbaycanın konsulluğuna müraciəti nəticəsiz qalan vətəndaş daha sonra qeyri-qanuni yollarla ölkəyə qayıtmaq qərarına gəlib. 27 sentyabr 2024-cü il tarixində, saat 03:00 radələrində İran İslam Respublikasının Biləsuvar şəhərindən Azərbaycana gələn yük nəqliyyat vasitəsinin altına gizlənərək sərhədi keçib. O, Biləsuvar sərhəd-keçid məntəqəsinin yaxınlığında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarına əsasən, şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (dövlət sərhədini qanunsuz keçmə) ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub və 8 ay həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!