Mask məşhurların boynuna yeni haqq qoydu

saytların hazırlanması

Evə çatdırılma

Mask məşhurların boynuna yeni haqq qoydu

Dünya

06 Noyabr 2022 13:54 1042


“Twitter” sosial şəbəkəsi təsdiqlənmiş hesabı (“mavi çek”) olan istifadəçilər üçün aylıq 7,99 dollara ödənişli abunəliyə başlayıb.

Yenisabah.az "The Guardian"a istinadla xəbər verir ki, hələlik o, yalnız bəzi ölkələrdə mövcuddur.

Ənənəvi olaraq təsdiqlənmiş hesablardan məşhurlar, siyasətçilər, brendlər, təşkilatlar, dövlət qurumları və s. istifadə edir. Sezar pizza

Artıq sosial şəbəkənin istənilən istifadəçisi öz hesabı üçün bu “mavi işarəni” əldə edə biləcək.

Reklamların azaldılması, uzun videoların yayımlanması, cavablarda prioritet hesabın göstərilməsi, axtarış sorğuları və s. kimi digər yeni variantlar da açıqlanıb.

“Twitter”in yeni sahibi İlon Mask alışı ona 44 milyard dollara başa gələn sosial şəbəkənin xərclərini azaltmaq niyyətindədir.

Noyabrın 4-də "Twitter"-də geniş miqyaslı ixtisarlar başlayıb. Bəzi hesablamalara görə, 7,5 min işçinin yarısına qədəri işdən çıxarıla bilər.

Noyabrın 1-də Mask "Twitter Inc"-in direktorlar şurasını ləğv edib və şirkətin rəhbərliyini təkbaşına öz üzərinə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!