May ayında 14 gün iş olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

May ayında 14 gün iş olmayacaq

Sosial

05 Aprel 2021 15:49 1110


May ayında qeyri-iş günlərinin sayı məlum olub.

“Yeni Sabah” xəbət verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür. pizza hut

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq. 

Şənbə və bazar günləri də nəzərə alındıqda, ümumilikdə 14 gün qeyri-iş günüdür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!