MEDİA-dan çağırış - Bu linklərə girməyin! 

saytların hazırlanması

Evə çatdırılma

MEDİA-dan çağırış - Bu linklərə girməyin! 

Sosial

04 İyun 2024 15:01 245


Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. 

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.  Pepperoni pizza

Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir. 

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!