Müəllimlərə şad xəbər - Bu gün saat 17:00-dək...

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərə şad xəbər - Bu gün saat 17:00-dək...

Sosial

02 Noyabr 2026 11:19 316


Bakıda bir sıra fənlər üzrə müəllim vakansiyalarına işə qəbul elan olunub. Müsabiqədə cari ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında müəyyən edilmiş keçid nəticələrini toplayan namizədlər iştirak edə bilərlər.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant, eləcə də sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə işə qəbul aparılır.

Müraciətlər Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili və ibtidai sinif müəllimliyi ixtisasları üzrə qəbul edilir. pizza

İşə qəbul prosesində cari ildə keçirilmiş MİQ müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər iştirak edə bilərlər.

Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə diplomunu təqdim etməlidirlər.

Tələblərə cavab verən şəxslər noyabrın 2-dən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!