Vəzifələrindən belə istifadə ediblər -   3 vəzifəli şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Vəzifələrindən belə istifadə ediblər - 3 vəzifəli şəxs həbs edildi

Sosial

02 Noyabr 2026 11:03 191


Azərbaycanda vergi yoxlaması keçirməmək və cərimə tətbiq etməmək müqabilində sahibkarlardan ümumilikdə 200 min manat rüşvət almaqda təqsirləndirilən üç vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov 2026-cı ilin may ayında Bakıdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan pul alıblar. pizza

Onların vergi yoxlamasının keçirilməməsi, cərimələrin tətbiq olunmaması və digər məqsədlərlə ümumilikdə 200 min manat məbləğində rüşvət aldıqlarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər üç şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!