Bu şəxslər həbsdən azad olunacaq – Ali Məhkəmədən qərar

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər həbsdən azad olunacaq – Ali Məhkəmədən qərar

Sosial

02 Noyabr 2026 11:02 336


Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.

Bu barədə “Yeni Sabah”a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub. Dominos pizza

İclasda həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra "Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!