Məkkədə leysan: 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Məkkədə leysan: 2 nəfər öldü

Dünya

25 Noyabr 2022 10:50 713


Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb. Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub.

Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb, bu şəhərlərin hava limanlarında uçuşların əksəriyyətini ləğv olunub. Mülki müdafiə xidmətləri əhalini hava şəraitinin normallaşacağına qədər zərurət olmadıqca evlərini tərk etməməyə çağırır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!