Məktəblər ilin sonunadək bağlı qalacaq? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəblər ilin sonunadək bağlı qalacaq? - AÇIQLAMA

Sosial

06 Aprel 2021 07:59 831


Məktəblərin yenidən əyani təhsilə keçəcəyi tarix böyük maraqla gözlənilir. Yoluxma sayı azalmağa doğru gedərsə, məktəblərin yenidən açılacağı mövzusu valideynləri maraqlandıran əsas məsələrdən biridir.

“Yeni Sabah” baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı məktəblərin yay tətilindən sonra açılacağı iddia edilib.

İddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib: "Bəzən media qurumlarında görürük ki, ilin sonuna qədər məktəblər bağlı qalacaq. Bu, belə deyil. Növbəti müddət ərzində yoluxmanın statistik göstəricilərinə uyğun olaraq müvafiq qərarlar verilə bilər". Dominos pizza

C.Valehov əlavə edib ki, əgər digər bölgələrdə də müvafiq olaraq hər hansı yoluxma hallarının daha çox olduğu müşahidə edilərsə, distant təhsilə keçməklə bağlı qərarlar həmin təhsil müəssisələri üçün də verilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!