Məktəblərin açılması yoluxma sayını artıracaq?   - Mütəxəssis rəyi

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərin açılması yoluxma sayını artıracaq? - Mütəxəssis rəyi

Sosial

18 May 2021 15:03 1247


“Hazırda virusun yayılma tempi 10 dəfə aşağı düşüb. Belə bir zamanda təbii ki, ənənəvi təhsilin bərpası doğru qərardır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. O bildirib ki, epidemiya ilə mübarizə bütün dünyada hökm sürür və yaranmış problemlər tək Azərbaycanda deyil:

“Dünyanın ən aparıcı ölkələri post-pandemiya dövründə acınacaqlı duruma düşüb. Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində kifayət qədər mövqe ortaya qoydu. Təhsil və tədrisdən danışırıqsa, ənənəvi üsulda olan effekti istər hibrit, istər onlayn formada heç cür əldə etmək mümkün deyil. Fürsət olduqca Təhsil Nazirliyi imkanları artırır. Məsələn, pandemiyanın yayılma sürəti artdı və biz qırmızı zonalarda-Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə  onlayn tədrisə keçdik, digər yerlərdə isə şəraitə uyğun hibrit və ənənəvi forma tətbiq olundu. İndi isə yayılma tempi 10 dəfə aşağı düşüb, ənənəvi təhsil bərpa edilib. Dediyim kimi, birmənalı olaraq başa düşmək lazımdır ki, bu vəziyyəti nə cəmiyyət, nə dövlət, nə də dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi olaraq biz seçmişik. Əsas məsələ nə olur olsun, ənənəvi təhsilə keçiddir. Hər yaranmış fürsətdə Təhsil Nazirliyi bu cəhdi edir”. Sezar pizza

Ekspert diqqətə çatdırıb ki, tədrisin başa çatmasına 1 ay qalmasına baxmayaraq, ənənəvi təhsilə keçid müsbət haldır:

“Bu, bir daha göstərir ki, təhsili idarəetmə qurumları tədrisin ənənəvi şəkildə bərpası üçün əlindən gələni edir. Hazırda ən böyük problem ilkin olaraq prosesə qismən də olsa qayıtmaqdır. Onlayn təhsil istər şagirdlər, istər valideynlər, istər müəllimlər üçün, istər təhsil idarəetmə orqanları üçün çox ciddi problemlər yaradır. Bu vəziyyətə uyğun olaraq istənilən fürsətdən istifadə edərək ənənəvi  təhsilə qayıtmağa çalışılır. İndiki halda, xüsusilə də, qırmızı zona adlandırdığımız şəhərlərdə vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Sosial məsafə, sanitar-gigiyenik qaydalar, bütövlükdə pandemiya dövrü üçün qoyulmuş tələblər gözlənilməlidir ki, yayılma sürəti artmasın. Düşünürəm ki, hər şey yaxşılığa doğru gedir. İnşallah, növbəti tədris ilindən tam olaraq ənənəvi tədrisə keçə biləcəyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!