DİQQƏT! Məmurlarla bağlı qadağalar gəlir

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Məmurlarla bağlı qadağalar gəlir

Siyasət

24 Noyabr 2026 18:14 123


Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində məmurlarla bağlı bir sıra qadağalar mövcuddur.

"Yeni Sabah" xəbər verir ki, layihəyə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.

Beləliklə, vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi də  qanunvericiliklə qadağan olunacaq. Online alış-veriş

Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər də müəyyənləşir. Layihəyə görə, vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə “Kraudfanding haqqında” qanunda göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər.

Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz. Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.

Qanun layihəsində məmurlarla bağlı digər məhdudiyyətlər də var. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib./Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!