"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Borussiya Dortmund" ilə oyun öncəsi mətbuat konfransında əyləncəli addım atıb.
“Yeni Sabah” xəbər verir ki, jurnalistlərdən birinin telefonuna zəng gəldiyini görən ispaniyalı mütəxəssis telefonu özü götürüb.
Arteta xəttin o başındakı şəxsə "Salam, dostum!" deyə müraciət edib, ardınca isə "Necəsən" sualını ünvanlayıb. Onlayn mağaza
Bu gözlənilməz dialoq mətbuat zalında gülüşə səbəb olub və "Borussiya Dortmund"la vacib qarşılaşma ərəfəsindəki gərginliyi yumşaldıb.
Nazim Hacıyev
Telegram kanalımız