“Qarabağ”dan yeni transfer həmləsi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan yeni transfer həmləsi

İdman

24 Noyabr 2026 16:23 48


"Qarabağ" sabiq futbolçusu Julio Romaonu yenidən heyətinə cəlb etməyi nəzərdən keçirir.

“Yeni Sabah” xəbər verir ki, Ağdam klubunun hazırda Rusiyanın "Axmat" komandasında çıxış edən braziliyalı dayaq yarımmüdafiəçisini qış transfer pəncərəsində icarə əsasında heyətə qatmaq niyyətində olduğu bildirilir.

28 yaşlı oyunçunun mümkün qayıdışı ilə bağlı tərəflər arasında razılığın əldə olunub-olunmayacağı hələlik məlum deyil. Keçidin reallaşması həm klublar arası danışıqların gedişatından, həm də transfer şərtlərindən asılı olacaq. İnternetdən sifariş

Julio Romaonun Qroznı təmsilçisi "Axmat" ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulub. Braziliyalı yarımmüdafiəçi 2022–2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinərək komandanın uğurlarında pay sahibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!