“Aparıcı Adanın faciəli şəkildə ölümü məni sözün əsl mənasında qəhərləndirdi. Baxmayaraq ki, onu tanımırdım, bəlkə də heç bir dəfə də qarşılaşmamışıq, amma o qədər pis oldum ki.. Sonra səhifəsinə daxil olub baxdım və gördüm ki, çox mədəni, səviyyəli, danışıq qabiliyyəti olduqca yüksək olan bir xanım imiş".
"Yeni Sabah" medianews az-a istinadla xəbər verir ki, bunu Əməkdar İncəsənət xadimi, aktrisa Məlahət bbasova deyib.
O əlavə edib: "Cana yaxınlığı, şirinliyi həqiqətən də məni valeh etdi.. İnanılmaz dərəcədə pis oldum ki, belə bir cavan qızı vaxtsız itirdik. Mənim ətrafımdakı insanlar da ondan ağzıdolusu gözəl sözlər danışdılar. Ən ağırı da odur ki, doğum gününü qeyd edib qayıdandan sonra faciəli şəkildə ölür. Online alış-veriş
Vidadi Həsənov kimi dəyərli sənətkar onun doğum gününə qatılıbsa, çıxıb onunla birlikdə rəqs edibsə demək ki, həmin xanım onun hörmətini qazanıb. Vidadi müəllimin dəyər verdiyi insan demək ki, dəyərli insandır. Demək ki, ölüm doğum gününü qeyd edib, evə qayıdarkən yolda vəfat edəcəyin qədər yaxınlıqdadır. Allah onların valideyninə səbr versin. Heç bir ana və ataya övlad acısı yaşatmasın”.
M.Abbasova qeyd edib: "Sənətçi daha sonra dünyasını dəyişən şəxslər haqda sosial şəbəkələrdə mənfi rəy yazan insanlara səslənib: “İçi və çölü pisliklərlə dolu olan insanları Allaha həvalə etmək lazımdır. Çünki ölünün arxasınca pis nələrsə danışmaq nə dinimizə uyğundur, nə də insanlığa sığır. Ölən insan haqda ancaq yaxşı sözlər danışmalısan. Bu cür insanların yaşayıb gözəl insanların ölümünü görmək bizlərə daha da acı verir. Orada mənfi fikir söyləmək üçün nə əsas var ki? Gənc qızdır, 31 yaşını dostları, yaxınları ilə birlikdə qeyd edib.
Əslində evə gedəndə ayıq sürücü çağırıb, amma yaxın dostlarından biri deyib ki, mən səni apararam. 15 dəqiqədən sonra da qəza olub. Mən də Bakıya gələndə maşın sürmürəm, kompleksim olmasa belə avtobusa, metroya minmirəm. Çünki bizim millət aktrisanın ictimai nəqliyyatdan istifadə etməsinə bir az qəribə baxır. Bir məclisə gedəndə, bir evə qonaq çağırılanda ya o evin sahibi, ya da oğlu evdən götürüb, məni evə yola salır. Burada nə var ki?! O qədər məni onlar evə yola salıblar ki..
Allah qorusun, bizim yolda başımıza iş gəlsə deyəcəklər ki, Məlahətin oturduğu maşında kişi var idi?! O danışanların əksəriyyəti də heç xanımı tanımır. Böyük ehtimal belədir. Hələ heç kim həyatından sığortalanmayıb. Heç kim bilmir ki, sonu necə olacaq?! Ölən insanların arxasınca danışanlar öncə Allahdan qorxmalıdırlar. Nə bilirsiz sabah sizin, yaxınlarınızın, ailə üzvlərinizin başına nə iş gələcək?! Bu qız televiziya aparıcısıdır, tanınmış bir xanımdır. Ölən insana geyindiyi geyimlərə görə dəyər verirlər?! Ya yalandan şər atırlar?! Ayıb olsun! Allah faciəli şəkildə dünyasını dəyişənlərə rəhmət etsin”.
Telegram kanalımız