İcbari tibbi sığortada müraciət və xidmət sayı 6,7 % artdı

saytların hazırlanması

Evə çatdırılma

İcbari tibbi sığortada müraciət və xidmət sayı 6,7 % artdı

İqtisadiyyat

24 Noyabr 2026 16:05 49


2026-cı ilin yanvar–oktyabr aylarında ölkədə icbari tibbi sığorta sistemi çərçivəsində göstərilən tibbi xidmətlərin həcmində və müraciət göstəricilərində artım qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin birgə infoqrafikasında əks olunan məlumatlara əsasən, hesabat dövründə göstərilən tibbi xidmətlərin sayı 84 milyon təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % artıb. Göstərilən xidmətlərin 88 %-i ambulator, 12 %-i isə stasionar xidmətlərin payına düşüb.

Eyni dövrdə icbari tibbi sığorta üzrə müraciətlərin sayı da 6,7 % artaraq 22 milyona çatıb. Xidmətlərdən yararlanan pasiyentlərin ümumi sayı 3,2 % artımla 5 milyon olub; bunun 3,5 milyonunu böyük yaşlı pasiyentlər, 1,5 milyonunu isə uşaqlar təşkil edib. Online alış-veriş

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!