“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” –   Heydərov danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” – Heydərov danışdı

Siyasət

05 Noyabr 2025 15:07 3104


“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Marqarita pizza

Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi  FHN şefinin adı çəkilir.

Kəmaləddin Heydərov isə bu iddianı “bikar adamlar”ın yaydığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!