“Məni efirlə yox, xınayaxdı ilə tanıyırlar“ - Aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Məni efirlə yox, xınayaxdı ilə tanıyırlar“ - Aparıcı

Şou

28 Noyabr 2022 15:35 2744


“Xınalarda vəziyyət yaxşıdır. Yalandan deyim ki, iş yoxdur. Belə deyil. Məclislər var, çağırırlar, istəyirlər. Biz də əlimizdən gələni edirik. Bu sahədə Nazilə Səfərli, Fatimə Fətəliyeva var. Özümə xına sferasında rəqib görmürəm”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Space magazin”ə  açıqlamasında aparıcı Çinarə Əliyeva deyib.

O, müğənnilərin aparıcılardan narazılıq etməsindən danışıb: Sezar pizza

“Müğənnilər ona görə bəyənmir ki, deyirlər, sən bizim səviyyəmizdə olmayan, toy ifaçılarını da çağırırsan. Ona görə narazılıq olur. Amma bu aparıcıdan asılı deyil. Danışmadığım müğənnilər olub, mənə axşamdan deyiblər ki, qonaqlar bu sənətçilərdir. Mən də təqdim etmişəm. Eyni hal toylarda da olub ki, onları gözəl təqdim etmişəm. İş işdir. Şou-biznesdə kameraya işləmək var, mən belə etmirəm, necəyəmsə elə olmuşam. Mən əməliyyatları gizlətmirəm, burnumda da, bədənimdə də əməliyyat var.

Əgər kompkleksim varsa, pulum olubsa, etdirmişəm. Danmamışam ki, neçə dəfə əməliyyat olunmuşam, həmişə demişəm. İndi ən böyük arzum ana olmaqdır. Bilirəm ki, o da 2023-də olacaq. Efirdə gözəl aparıcılarımız var. İllərdir bu sahədədirlər, məni isə efirlə yox, xına ilə tanıyırlar. Son zamanlar bloger deyirlər.

Özümü bloger kimi görmürəm, amma aktrisa ola bilərəm. Aktrisa-aparıcı kimi təqdim edirlər. Mənim isə aparıcı deyilməsi daha çox xoşuma gəlir. Bir dəfə instaqramda xanım həmkarlarımdan birinin ünvanına söz demişəm, onunla da barışmışıq, zəng edib bir-birimizi anlamışıq. Demişəm ki, mən etdiyimi etmə. İnsan pozitiv olmalıdır, görməlidirlər ki, yaxşısan. Qarşı tərəf görəndəki qəmli status qoyursan, həyatında yenilik yoxdur, sevinir. Düşmənləri sevindirmək olmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!