Aparıcı, aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov tərəfindən şantaj edildiyini bildirmişdi.
Yenisabah.az xəbər verir ki, aparıcı bu dəfə Rəqsanənin ona hədə-qorxu gəldiyini bildirib.
O, bu barədə sosial şəbəkə hesabında məlumat verərək müğənninin yolladığı təhdid səslərini yayıb. Toyuqlu pizza
Səsləri yayan S.Kərəmoğlu Rəqsanənin xətrinin onun üçün əziz olduğunu bildirib.
“Diqqət! Diqqət! Mən heç kimin ailə işinə qarışmamışam! Aysun haqqında sual verilib, mən də Aysunu tərif etmişəm. Mən toyun saxta olmasını deməmişəm televiziyada jurnalist təxəyyülü deyilən bir şey var. Mən demişəm inanmadım. O da Aysuna yox, bəy əfəndiyə ki, inam olmadı məndə, çünki sənət adamının əri olmaq çətindir.
Rəqsanəni isə “mən sənə inanmıram” kəlməsi qıcıqlandırıb. İndi Rəqsanə, sənin haqqında, boşanan qızın haqqında deyilən, yazılan fikirlərin qabağında mənim fikrimin nə önəmi var idi? Mən harada “pozğun” kəlməni istifadə etmişəm ki, qızın balkondan özünü atmaq istəyib, hə? Sən polisə söyürsən, 102 deyirsən, sonra arxasını düzəldib Rusiya deyirsən.
Məni öldürməklə hədələyirsən? Hə, hədələyirsən. Mən məndən böyük qardaşların mənə dediklərinə də qulaq asıram. Mən arxaya dursam, çəkilsəm deməli mən elə sən deyənəm. Unutma, bu qədər təhqirlərinə və təhdidlərinə baxmayaraq, sənin xətrin mənə əzizdir. Əziz insan, Allah səni və ailəni qorusun, amma dava-dava oyunumuz davam edir”.
Telegram kanalımız