“Mənim xoşuma gəlmək asan deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Mənim xoşuma gəlmək asan deyil”

Şou

17 İyul 2026 12:21 94


Zülfiyyə Qurbanova “2+1 Podcast” layihəsində şəxsi həyatı və insanlarla qurduğu münasibətlər barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, hər kəsi asanlıqla özünə yaxın buraxmadığını deyən aktrisa kənardan fərqli təəssürat yarada biləcəyini vurğulayıb:

"Mənim kiməsə heyranlıq, valehlik hissim yoxdur. Zülfiyyə Qurbanovanın xoşuna gəlmək, onun maraq dairəsinə daxil olmaq olduqca çətindir. Kənardan çox sosial, geniş çevrəsi olan və hamını sevən biri kimi görünə bilərəm. Lakin şəxsi münasibətlərdə tamamilə fərqliyəm. Hər kəsə ürəyini açan, sevgisini asanlıqla büruzə verən insan deyiləm". Dominos pizza

Aktrisa əlavə edib ki, çətinliklə də olsa onun etibarını qazanıb şəxsi dairəsinə daxil ola bilən insanları tamamilə özününküləşdirir və onlara doğması kimi yanaşır.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!