Məsafəyə görə ödənişi kim edəcək? -   Yeni sistemin PƏRDƏARXASI

saytların hazırlanması

Evə çatdırılma

Məsafəyə görə ödənişi kim edəcək? - Yeni sistemin PƏRDƏARXASI

Sosial

03 Sentyabr 2026 10:16 44


Bəzi marşrutların brutto müqavilə modelinə keçirilməsi ilə bağlı yayılan məlumatlarda “məsafəyə görə ödəniş” ifadəsi sərnişinlərin gediş haqqını qət etdikləri məsafəyə uyğun ödəyəcəyi kimi başa düşülüb.

"Yeni Sabah"  xəbər verir ki, əslində, söhbət sərnişinlərin ödədiyi gediş haqqından deyil, daşıyıcı şirkətlərlə hesablaşma mexanizmindən gedir.

Sərnişinlər əvvəlki qaydada müəyyən edilmiş gediş haqqını ödəyəcəklər. Gediş haqqının məsafəyə əsasən dəyişdirilməsi nəzərdə tutulmur. Pepperoni pizza

Brutto müqavilə modelində daşıyıcı şirkətə ödəniş sərnişin sayından asılı olaraq deyil, göstərilən nəqliyyat xidmətinin həcminə, o cümlədən qət edilən məsafə kimi göstəricilərə əsasən həyata keçirilir.

Sadə şəkildə, sərnişin əvvəlki qaydada gediş haqqını ödəyir, AYNA isə daşıyıcı şirkətlə müəyyən edilmiş şərtlər əsasında hesablaşır.

Qeyd edək ki, bu modelin əsas məqsədlərindən biri sürücülərin və ya daşıyıcıların daha çox sərnişin toplamaq uğrunda rəqabət aparmasının qarşısını almaq, marşrut üzrə göstərilən xidmətin keyfiyyətinə diqqəti artırmaqdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!