Məşhur çeçen komandiri qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur çeçen komandiri qətlə yetirildi

Hadisə

16 Sentyabr 2026 11:37 80


Ukraynanın Lviv şəhərində İkinci Çeçen Müharibəsinin tanınmış səhra komandirlərindən olan "Zumso" ləqəbli Xavaji Amayev qətlə yetirilib.

“Yeni Sabah” xəbər verir ki, 46 yaşlı Amayevin cəsədi yaşadığı mənzilin mətbəxində qarın nahiyəsindən bıçaqlanmış halda tapılıb Hadisə ilə bağlı Ukrayna vətəndaşı saxlanılsa da cinayətin motivləri hələ ki məlum deyil.

Rusiya mətbuatının verdiyi məlumata görə Amayev son 20 ildə Rusiyada axtarışda olub. Onun rəhbərlik etdiyi dəstə 2012-ci ilədək Çeçenistanda Rusiya qüvvələrinə qarşı döyüşüb. 2014-cü ildə Suriyada olarkən Kadırovə qarşı mübarizə çağırışı edən Amayev 2022-ci ilin martından Ukraynada Rusiya ordusuna qarşı vuruşurdu. O son zamanlar Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) xüsusi bölməsində xidmət edirdi Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!