CHP ləğv olunur -   Türkiyəni silkələyən iddia

saytların hazırlanması

Evə çatdırılma

CHP ləğv olunur - Türkiyəni silkələyən iddia

Dünya

13 May 2026 14:50 156


Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyası (CHP) ləğv edilə bilər.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb partiya üzvü olan bəzi bələdiyyə sədrləri barədə korrupsiya halları ilə bağlı aparılan araşdırmalardır.

İddialara görə, hazırda həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek və oğlu Gökhan Böcek əməllərindən peşman olublar və istintaqla könüllü əməkdaşlığa razılıq veriblər.   pizza mizza

Muhittin Böcek iddia edir ki, bələdiyyə seçkilərindən əvvəl namizəd olmaq üçün partiyanın rəhbərliyinə 1 milyon avro rüşvət verib. M.Böcekin iddiası sübut olunacağı halda, CHP-nin fəaliyyətinə qadağa qoyulması məsələsi gündəmə gələ bilər.

Qərarın mayın sonunda və ya yay tətilindən sonra verilməsi mümkündür.

Bundan əvvəl İstanbul Respublika Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya halları ilə bağlı apardığı araşdırmanın sonunda hazırladığı cinayət işində CHP-nin seçki şəffaflığına və seçicilərin iradəsinə müdaxilə etdiyini iddia etmişdi. Prokurorluq Türkiyə Konstitusiyasına və “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq, CHP-nin ləğv olunması ilə bağlı Ali Məhkəməyə (Yargıtay Baş Savcılığı) müraciət etmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!