Məşhur həkim subay gənclərə səsləndi:   “3 manat pul, bir kəllə qənd və molla...“

saytların hazırlanması

Evə çatdırılma

Məşhur həkim subay gənclərə səsləndi: “3 manat pul, bir kəllə qənd və molla...“

Sosial

03 Aprel 2021 12:35 712


“Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə!

Üç həftə heç kəs evdən çıxmır və vəssəlam! Korona bununla da bitir.  Amma şəkəri olan var, dərman almalıdır. Aptekləri açaq? Onda ümumi 5 həftə deyək. Həm də camaat çörək yeməlidir. Deməli, dəyirman, çörəkbişirmə zavodları və marketlər də işləməlidir. Buna da əlavə 2 həftə verək. Bir uşaqlıq dostum, seçkidə mənim qalib olduğum yerdə müşahidəçi olmuş şəxs əməliyyat olmalıdır. Adama “otkaz” edə bilmərəm. Buna da əlavə 2 həftə. Bu hesabla evdə oturaraq bu “mərət”dən qurtara bilmərik”.  

Yenisabah.az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayılov deyib. O, hamının nəyəsə ehtiyacı olduğunu bildirib: Marqarita pizza

“Kimi məscid istəyir, kimi toyxana, kimi isə yas məclisi.

Dostlar, ilişmişik. Qəzadan sonra boynum ağrıyır, tərpənmir. Bir az səbrsizəm. Əslində, əziyyət çəkirəm. Ona görə də qısa deyəcəm.  Ehtiyaclarınızı azacıq sadələşdirin.

Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla. Yas verməyin, vatsap qrupları var, “Allah rəhmət eləsin, ya da başın sağ olsun, qardaş!”,-deyin və məsələ bitsin. Məscid axtarmayın, evinizdə moizə oxuyun.

Zəmanə pisdir. Dişinizi sıxın! Peyvənd təsirli olsa, toyxana da açılacaq, mərasim evi də, məscid də. Amma Kəbə və Masumiyyə yerləşdikləri ölkə hakimiyyəti peyvəndləmə aparmasa, açılmayacaq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!