Məşhur iş adamının oğlu qəzada ÖLDÜ

saytların hazırlanması

Evə çatdırılma

Məşhur iş adamının oğlu qəzada ÖLDÜ

Hadisə

21 Fevral 2026 14:04 646


Məşhur italyan iş adamı və dizayner Luka Ballarininin oğlu Gürcüstan dağlarında xizək sürərkən ölüb.

Modern.az xəbər verir ki, bu barədə İtaliya mediasının məlumatında bildirilib.

20 yaşlı Pietro Ballarini dostları ilə bir neçə gün Gürcüstanda olub. Medianın məlumatına görə, gəncin ölümünə səbəb qəza olub. Hazırda onun cəsədinin vətənə qaytarılması üçün lazımi prosedurlar həyata keçirilir. Dördpendirli pizza

"Pietro ən çox sevdiyi işi görüb, dağlardakı qarda xizək sürüb... Bu, filmlərdə, romanlarda və real həyatda baş verir. Məni təsəlli edən tək şey onun xoşbəxt şəkildə vəfat etməsidir", - dizayner sosial mediada yazıb.

Luka Ballarini sahibkar, dizayner, redaktor və “Bellissimo” brendinq və kommunikasiya studiyasının təsisçisidir. O, həmçinin şəhər görüntüləmə layihəsi olan “Torino Stratosferica”nın qurucusu kimi də tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!