“Mətanət kimdir ki?“ -  Elza həmkarına sataşdı

saytların hazırlanması

Evə çatdırılma

“Mətanət kimdir ki?“ - Elza həmkarına sataşdı

Şou

03 Yanvar 2023 15:28 780


Əməkdar artist Elza Seyidcahan və müğənni Mətanət Əsədova arasındakı qalmaqal yenidən alovlanıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın Azərbaycan” komandası ilə bəstəkarın evində qonaq olub.

Küsülü olduğu məşhurlardan danışan Seyidcahan Əsədovadan söz açılanda reaksiyası ilə təəccübləndirib: Dominos pizza

“Kiminləsə küsülü olmuşamsa, günah məndə olmayıb. Onlarla küsülü deyiləm, səhvim olub ki, yanlarında olmuşam. Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb.

Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!