Metrodan istifadə edənlərin sayı iki dəfə azalıb

saytların hazırlanması

Evə çatdırılma

Metrodan istifadə edənlərin sayı iki dəfə azalıb

Sosial

08 İyun 2021 10:57 606


Sərnişindaşımanın bərpa olunduğu həftə ərzində Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı orta hesabla təxminən gündəlik 2 500-dür. Dominos pizza

Onun sözlərinə görə, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir.

Qurum rəsmisi azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!