Meyxanaçı həmkarı ilə 20 min manatdan mərc gəldi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı həmkarı ilə 20 min manatdan mərc gəldi

Şou

26 Oktyabr 2022 15:25 1144


Məşhur meyxanaçılar Namiq Məna ilə Mehman Əhmədli arasında qalmaqal yaşanıb.

Yenisabah.az baku.ws-ə istinadla xəbər verir ki, Namiq "Space maqazin"ə müsahibəsi zamanı meyxana janrının olmadığını, bədahətən deyilən şeirlərin əslində bədiyyə olduğunu bildirib. 

Bəzi həmkarları meyxanaçı bu fikrinə qarşı çıxıblar. Mehman Əhmədli isə Namiqə çox sərt şəkildə etiraz edib. O, bədiyyənin mövcud olmadığını, məclislərdə bədahətən deyilən şeirlərin meyxana olduğunu deyib.  Sezar pizza

Mehmanın bu etirazından sonra Namiq dahi Nizami Gəncəvinin əsərinə yazdığı bir bədiyyəni söyləyib.

Bu zaman Mehman "Nizami Gəncəvi meyxana deyən olub? Yəni Namiq Mənanın savadı ora qədər çatır?" fikirləri ilə Namiqə atmaca atıb. Məna isə ona 15-16-17-ci əsrlərdə Azərbaycanda meyxana olduğunu sübut edən şəxs ortaya çıxarsa, 20 000 AZN pul verəcəyini bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!